dunyatv.az
CANLI YAYIN

Oğurlanan çantada 2 həftəlik körpə tapılıb

1-02-2014, 10:00

 

 Hindistanın Mumbay şəhərində xırdavat alverçisi Kuşor Kale qatarda sahibsiz çanta tapıb.

İçində qiymətli əşya olacağı ümidilə çantanı götürən alverçi onu açdıqda qəribə hadisə isə qarşılaşıb və şoka düşüb.

Çantanın içində 2 həftəlik körpə var idi.
"Qiymətli” yükü olan bu çantanı platformada atıb qaçmaq istəsə də kassir Kaleni saxlayıb. Qısa müddətdə uşağın ətrafında çoxlu insan toplanıb. Hadisə yerinə gələn polis alverçini həbs edib.

Körpənin valideynləri haqqında heç bir məlumat yoxdur, axtarışlar davam edir. Səhhətində heç bir problem olmayan körpə Mumbay uşaq evlərindən birinə yerləşdirilib.


Oxunub: 548

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.