Azərbaycanda kommunal tariflər bahalaşacaq? - Rəsmi açıqlama

  Tarif Şurası: Kommunal haqların dəyişdirilməsi məsələsi gündəmdə deyil

Hazırda Azərbaycan Tarif (qiymət) Şurasının iclasının keçirilməsi ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə APA-ya Tarif Şurasından məlumat verilib.
Şuradan bildirilib ki, bəzi KİV orqanlarında bu gün Bakıda Tarif Şurasının iclasının keçirilməsi və həmin iclasda ölkədə elektrik enerjisi, su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması ilə bağlı yer alan məlumatlar yanlışdır.
"Azərbaycanda kommunal və digər xidmətlərin mövcud tariflərinin dəyişdirilməsi məsələsi gündəmdə deyil və Tarif Şurasında müzakirə olunmur", - deyə Şuradan bildirib.

Dunyatv.az

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 17:17
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 745
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac