dunyatv.az
CANLI YAYIN

Azərbaycanda dəhşətli yol qəzası: 9 yaşlı uşaq öldü

1-02-2014, 10:00

Gədəbəydə "Chevrolet" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb
Gədəbəy rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 30-da saat 17 radələrində rayonun Novo-Saratovka kəndinin ərazisində baş verib.
Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi "Chevrolet" markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Sevinc Allahverdiyeva aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb. V.Məmmədov isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb yolun qarlı və sürüşkən olması olub.


Oxunub: 1 177

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.