dunyatv.az
CANLI YAYIN

Rəhim Rəhimli: "Müğənnilər özlərini evləri, maşınları ilə gündəmə gətirirlər"

31-01-2014, 17:39

  Müğənni Rəhim Rəhimli gündəmdə az görünməsinin səbəbini açıqlayıb

Dunyatv.az "Bığ” şouya qonaq olan ifaçı efirə tez-tez çıxıb insanların gözünü yormaq istəmir. R.Rəhimli, eyni zamanda, avtomobilini, evini reklam edən həmkarlarını qınayıb:
"Seçmə verilişlərə qatılıram. Çünki çoxları yersiz suallarla hədlərini aşırlar. Müğənni hər dəqiqə gündəmdə olmamalıdır. Hərdən ara verib uzaqlaşmalıdır. Bir müddətdir, heç yerdə görünmürəm. İndi yeni imiclə, mahnı ilə qayıtdım. Hazırda müğənnilər özlərini evləri, maşınları ilə gündəmə gətirirlər.
Bunlara yol vermək lazım deyil. İnsanlar var ki, imkansızdır, bu cür şeylərə əlləri çatmır. Niyə sən özünü evlə, maşınla reklam edirsən ki? Neçə illərdir, efirdəyəm, bir dəfə də olsun, evimdə çəkilişə icazə verməmişəm. Televizoru açırsan, müğənnilər ancaq özlərini tərifləyir. Bu da, deyəsən, yeni dəbdir”.

Dunyatv.az


Oxunub: 1 279

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.