dunyatv.az
CANLI YAYIN

"Fənərbağça" cəzalandırıldı

31-01-2014, 17:51

 Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi "Fənərbağça” klubunu cəzalandırıb.

Dunyatv.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb "sarı-lacivərdli” azarkeşlərin stadionda qeyri-etik şüarlar səsləndirməsi və söyüş söyməsi olub.
Superliqa çərçivəsində keçirilən son "Konyaspor” matçı ilə azarkeşlərin cari mövsümdə 5-ci dəfə bu hərəkətləri təkrarlaması klubu pis vəziyyətə salıb. Bu qərardan sonra İstanbul təmsilçisi növbəti çempionat matçını azarkeşlərsiz keçirməli və 150 min türk lirəsi də cərimə ödəməli olacaq.


Oxunub: 1 137

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.