Bakıdakı kafedə hesab üstündə 2 nəfər bıçaqlandı

 Bakı şəhərində müştəri ofisiant və aşpazın qanını töküb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafeyə gələn müştəri ofisiant Ağasəttar Ağayevi və orada aşpaz işləyən Niyaməddin Haqverdiyevi bıçaqlayıb.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Kürdəmir rayon sakini Soltan İbrahimovu nəzarətə götürüblər. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, S.İbrahimov hadisədən əvvəl kafeyə gəlib. Yemək yeyəndən sonra ona hesabı gətiriblər. Lakin Soltan hesabı ödəməkdən imtina edib və iki nəfəri bıçaqlayıb.

Dunyatv.az

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 17:57
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 721
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac