Oğlunun məşuqəsini balta ilə öldürən atanın məhkəməsi başa çatıb

 Bakı Apellyasiya Məhkəməsində Bərdə rayon sakini Adil Cəmilovun məhkəməsi başa çatıb.
Gün.Az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosessdə apellyasiya şikayəti təmin edilməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə A.Cəmilov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin mayın 15-də saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Ağdam" kafesində orada xadimə işləyən Könül Məmmədova qətlə yetirilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və məhkəmə-tibb ekspertlərin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb.
Müəyyən edilib ki, cinayəti Adil Cəmilov törədib.
Məhkəmədə ifadə verən Adil deyib ki, oğlu Əlinin özündən yaşca böyük olan Könül Məmmədova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamasından narazı olub.
Sonuncuya oğlu ilə münasibətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qadının bu münasibəti davam etdirib və onun mobil telefonuna nalayiq sözlərdən ibarət ismarışlar göndərib.
Bundan sonra Könül Məmmədovanın işlədiyi kafeyə gələn A.Cəmilov özü ilə gətirdiyi balta ilə onu qətlə yetirib.

Dunyatv.az

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 18:07
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 820
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac