Elnarənin verilişinə kim qadağa qoydu?

 Müğənni Elnarə Xəlilovanın uzun müddətdir ki, üzərində işlədiyi "Market" adlı verilişinin yayımına icazə verilməyib
Dunyatv.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi layihəni ləğv etmək məcburiyyətində qalıb. E.Xəlilova aparıcılıqdan uzaqlaşdığını bildirib:
"Verilişin bir ay yayımlana biləcək qədər bölümünü çəkib hazırlamışdıq. Bəzi səbəblərdən yayımlanmağa icazə verilmədi, layihə ləğv olundu. Hazırda başqa təkliflər alıram, amma istəmirəm. Çünki indi sənətimə və özümə vaxt ayıra bilirəm.
Yeni mahnım işıq üzü görüb. Eyni zamanda, üzgüçülüyə, idmana gedirəm. Rəqslər öyrənirəm: flamenqo, salsa. Bütün bunlar mənim üçün dincəlmək imkanı yaradır".

Dunyatv.az

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 18:13
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 904
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac