Vacib xəbərdarlıq: yola çıxmayın!

 Yol polisi şaxtalı-qarşı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, paytaxt ərazisində və ətrafda şaxtalı hava şəraiti davam edib, qar yağıb, çovğun müşahidə olunub: "Gün ərzində havanın temperaturu 2 dərəcə şaxta olub. Günün ikinci yarısından etibarən havanın temperaturu aşağı düşməkdə davam edir. Bu isə yollarda buzlaşmanı daha da kəskinləşdirir. Belə hava şəraitində sürücülərə fərdi-nəqliyyat vasitəsi ilə yola çıxmaq məsləhət görülmür. Xüsusi ilə də uzaq yola çıxmaq məqsədə uyğun deyil".
Qeyd edək ki, gün ərzində bütün ölkə ərazisində qar yağmaqda davam edib. Bu gün axşamdan etibarən - fevralın 1-nə keçən gecə müddətində donmanın daha da kəskinləşəcəyi gözlənilir.
Dağlıq bölgələrdən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Yol polisi postlarından yalnız hər iki oxu aparıcı olan və qış təchizatlı nəqliyyat vasitələri buraxılır.
Yol polisi texniki göstəriciləri və təchizatı hava şəraitinə uyğun olmayan avtomobilləri postlardan buraxmayacaq.

Dunyatv.az

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 18:18
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 772
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac