Ağıllı telefonların növbəti məharəti

Ağıllı telefonların növbəti məharəti

  Ağıllı telefonların ağlına gəlməyən qalmadı. Artıq bağlı qapıları da açmağa başlayacaqlar.

Belə ki, "iPhone 4S” və üst modellərində yeni tətbiq olunacaq proqram vasitəsilə hotellərin qapısını açmaq mümkün olacaq.

Bu proqramın tətbiq olunduğu hotelə gələn qonaqlar telefonlarına göndərilən mesajda virtual açar əldə edəcəklər. Onlar telefonların ekranına toxunaraq və ya onu başqa bir istiqamətə çevirərək otağın qapısını aça biləcəklər.

Otağın qapısına yerləşdirilən proqrama uyğun olan qıfıllar isə batareya ilə işləyəcək. Beləliklə hoteldə kompyuter sistemində hər hansısa bir problem yaşansa, bu qapıların açılmasına  təsir etməyəcək.

Qeyd edək ki, bu sistem android telefonlarda "Blutuz” vasitəsilə işləyəcək. Sözügedən proqram ABŞ-ın "Starwood” şirkəti və bir neçə hotellərində tətbiq olunacaq.
Dunyatv.az

 

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 18:41
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 775
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac