Fevralın ilk günü Azərbaycanda hava necə olacaq?

[/b]
 

[b]Fevralın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta, Bakıda gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta təşkil edəcək.

Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 4-7° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 7-12° şaxta, gündüz 3-7° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.
  • Müəllif: Pervin_M
  • Tarix 1-02-2014, 09:22
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 772
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac