dunyatv.az
CANLI YAYIN

Youtube-da ən çox izlənilən mahnılar bəlli oldu

5-11-2013, 13:12

Youtube-da ən çox izlənilən mahnılar bəlli oldu


Noyabrın 3-də Nyu Yorkda Youtube videohostinqinin ilk mükafatlandırma mərasimi baş tutub.


Dunyatv.az vchaspik.ua saytına istinadən xəbər verir ki, qaliblər saytda il ərzində ən çox izlənmə sayı toplayan video çarxlar arasından seçilib. 

"İlin ən yaxşı ifaçısı” nominasiyasında repçi Eminem qalib olub. "Ən yaxşı video” kateqoriyasında cənubi koreyalı "Girls' Generation” qrupu Ledi Qaqa, Castin Biber və Mayli Sayrus kimi ulduzları geridə qoyaraq mükafata layiq görülüb. Teylor Sviftin "I knew you were trouble” mahnısı "Youtube fenomeni” elan edilib. Mərasimdə Rihanna, Eminem və digər məşhurlar iştirak edib. Tamaşaçılar tədbiri Youtube saytından canlı izləyiblər.


Oxunub: 1 164

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.