Sumqayıt-Bakı marşrutlarına qadağa qoyuldu

Sumqayıt-Bakı marşrutlarına qadağa qoyuldu

Sumqayıt-Bakı arası çalışan sərnişin avtobusların fəaliyyətinə qadağa qoyulub. 

  Bu barədə "Axar.az”a bu avtobus sürücüləri məlumat veriblər.   

Hazırda Sumqayıt yollarında vəziyyətin pis olması avtobusların fəaliyyətinin məhdudlaşması ilə nəticələnib. Sürücülər bildirirlər ki, yollar buzdur, ona görə də işləməyə şirkət qadağa qoydu. Deyirlər, avtobus qəzaya düşə bilər.   

Xəbərdə qeyd olunur ki, bu qadağaya yalnız şəxsi avtobus sahibləri etinasız yanaşır. Onlar isə qiyməti ikiqat qaldırıblar.

   Qeyd edək ki, dünən Sumqayıtda şəhərdaxili avtobusların fəaliyyətində  ciddi problemlər yaranıb. Sumqayıt Avtovağzalından Bakı ilə yanaşı, bir sıra bölgələrə də avtobusların hərəkəti dayanıb.

[/b][/b][/b]
  • Müəllif: Guler
  • Tarix 1-02-2014, 21:15
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 574
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Arxiv
Sayğac