dunyatv.az
CANLI YAYIN

Sizcə, bu qadının neçə yaşı var?

2-02-2014, 02:43

 
 

 

Bir zamanlar dünyanın ən məşhur supermodellərindən olmuş Kristi Brinkli 1954-cü ilin fevralın 2-də doğulub.
60 yaşlı Brinkli "People" jurnalı üçün fotosessiyaya çəkilib.
DunyaTv.Az AHT-yə istinadən bildirir ki, 28, 18 və 15 yaşlı üç övladı olan Kristi Brinklinin dediyinə görə, çimərlik paltarında fotosessiyaya çəkilmək onun xoşuna gəlib.
"Ailəmlə birlikdə olanda bikini geyinməyi xoşlayıram. Amma bikinidə fotosessiyaya çəkilmək istəmədim. Övladlarım fotolarımdan utana bilərlər. Gənc görünməyimin sirri də uşaqlarımdır. Onlar məni qocalmağa qoymurlar. Yaşlı anayam və özümlə yanaşı, övladlarım qarşısında da məsuliyyət
daşıyıram. Məşq edirəm, pəhriz saxlayıram. Axı ehtiyac yarananda mütləq uşaqlarımın yanında olmalıyam", - Kristi Brinkli deyib.

Kristi Brinkli indiyədk 4 dəfə ərə gedib, boşanıb. Onun ilk əri Jan-Fransua Allo, ikinci əri Billi Coel idi. Coeldən boşanandan sonra Riçard Taubmana ərə gedən Brinkli daha sonra Peter Kukla ailə qurub, 2008-ci ildə ondan da boşanıb.


Oxunub: 1 082

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.