dunyatv.az
CANLI YAYIN

Heyrətamiz çirkab: belə pinti qadın görmüşdünüz? - FOTO

5-11-2013, 14:00


 

 

 

Heyrətamiz çirkab: belə pinti qadın görmüşdünüz? - FOTO

 

Heyrətamiz çirkab: belə pinti qadın görmüşdünüz? - FOTO

 

Heyrətamiz çirkab: belə pinti qadın görmüşdünüz? - FOTO

 

"Bu qadını dünyanın bəlkə də ən pinti xanımı adlandırmaq olar. Onun yaşadığı mənzil əsl zibilxanadır. Mətbəxinə isə üfunət iyindən girmək mümkün deyil. Pis qoxudan baş çatlayır. Hər yer zibil, palçıq bağlamış divarlar, həşəratlar..."

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, TLC telekanalındakı "Gourmet Kitchen" proqramının "qəhrəman"ının yaşadığı mənzildə tarakanlar, milçəklər, siçan və siçovulların əlindən tərpənmək olur.

Di gəl, mənzilin sahibəsi özünü çox səliqəli, təmizkar və bacarıqlı xanım sayır.

ABŞ-ın Vaşinqton ştatındakı Takoma şəhərində yaşayan 56 yaşlı Mişel 3-otaqlı mənzildə ömür sürür.
O, artıq 30 ildir ki, bu mənzildədir və ötən illər ərzində yaşadığı yeri murdar zibilxanaya çevirib.
30 il ərzində zibili evə yığan qadının "səy"ləri nəticəsində həmin məkan pis qoxu, antisanitariya və çirkab mənbəyidir.

"Düşünməyin ki, tənbələm, təmizkar deyiləm. Yox, mən çox səliqəli insanam. Sadəcə, əşyaları evə yığmağı xoşlayıram. Buyurun, sevimli mətbəximə keçin. Buranı çox sevirəm. Aha, bu qazanda kökə bişirirdim. Bu tavada isə keks və krab bişirmişəm. Əlimdən hər iş gəlir. Buraya baxın, kitablardır. 10 il əvvəl tələbələr kirayənişin qalırdılar. Onların kitablarıdır. Hə, onu da deyim ki, əla tort bişirə bilirəm", - Mişel deyir.

Qadın daha sonra söyləyir ki, qonaq qəbul etməyi, nahar hazırlamağı çox sevir.
Fəqət bu evə kimin gələcəyi və ən başlıcası isə, harada yeyəcəyi bəlli deyil.

Hüquq fakültəsini bitirmiş Mişelin dediyinə görə, mənzildə özünü əla hiss edir.
Mənzildə isə zibil qurşağa çıxır...


Oxunub: 1 646

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.