Bakıda hava şəraiti kəskin dəyişəcək

 

 

Noyabrın 8-dən Bakıda güclü şimal küləyi əsəcək, havanın temperaturu enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, noyabrın 6-7-də ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Temperatur rejimi ötən günlərdə olduğu kimi olacaq.

Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 18-22, Aran rayonlarında 18-23, dağlıq ərazilərdə 12-17 dərəcə isti olacağı proqnozlaşdırılır. Həmin günlərdə yağıntının olması ehtimalı azdır. Lakin bəzi yerlərdə gecə və səhər saatlarında havanın dumanlı və çiskinli olacağı gözənilir.

Bakıda və Abşeron yarımadasında da havanın daha çox dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.

Lakin noyabrın 8-də Bakıda və Abşeron yarımadasında günorta saatlarından etibarən şimal küləyinin güclənəcəyi gözlənilir. Güclü şimal küləyi noyabrın 9-da gündüzə kimi davam edəcək. Bununla əlaqədar noyabrın 8-də axşam və noyabrın 9-da havanın temperaturu əvvəlki günlərlə müqayisədə 3-4 dərəcə enəcək. Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında havanın temperaturu təxminən 20 dərəcə isti olacaq. Günün ikinci yarısında şimal küləyi gücləndikdən sonra havanın temperaturu 12-14 dərəcəyə enəcək.

Noyabrın 8 və 9-da Azərbaycanın rayonlarında temperatur rejimində ciddi dəyişiklik gözlənilmir.

Nazirlikdən bildirilib ki, hazırda ölkə ərazisində qeydə alınan hava temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Məlumata görə, hazırda Bakı və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu elə də yüksək hesab edilmir, lakin külək müşahidə edilmədiyindən hava mülayim keçir.

 


  • Müəllif: Pervin_M
  • Tarix 5-11-2013, 14:15
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 767
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac