dunyatv.az
CANLI YAYIN

Daha bir peykimiz kosmosa uçacaq

3-02-2014, 15:32

Daha bir peykimiz kosmosa uçacaq

 Yaxın vaxtlarda Yerin zondlaşdırılması peyki üzrə tender elan ediləcək.
Fransanın "Arianspace” şirkəti Azərbaycanın növbəti peykinin buraxılması üzrə təkliflər hazırlayır.  Azadinform xəbər verir ki, bunu jurnalistlərə "Arianspace”in sədri və icraçı direktoru Stefan İzrael deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Yerin zondlaşdırılması peyki üzrə tender elan ediləcək. Şirkətin təkliflər zərfinə peykin buraxılması, maliyyələşdirməyə və risklərə zəmanətləin verilməsinə yardım üzrə xidmətlər daxildir.
"Biz ötən il Azərbaycanla başlayan əməkdaşlığı davam etdirmək niyyətindəyik”. Qeyd edək ki, "Arianspace” peyklərin buraxılması üzrə dünyada ilk kommersiya şirkəti qismində 1980-ci ildə yaradılıb.
Azərbaycanın "Azerspace-2” telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Dunyatv.az

 


Oxunub: 658

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.