dunyatv.az
CANLI YAYIN

Tağı Əhmədov 28 May stansiyasında aparılan yenidənqurma işlərindən narazı qalıb

3-02-2014, 15:32

Tağı Əhmədov 28 May stansiyasında aparılan yenidənqurma işlərindən narazı qalıb

 Bakı, 3 fevral, SalamNews. "Dövlət proqramına uyğun olaraq, 28 May stansiyasında aparılan yenidənqurma tədbirləri həlledici mərhələsindədir.

Görülən işlərlə tanış olmaq, bəzi məsələləri yerində müzakirə etmək məqsədilə metropoliten rəisi Tağı Əhmədovun iştirakı ilə yenidənqurma prosesinə geniş tərkibdə baxış keçirilib.
Bu barədə SalamNews-a Bakı Metropolitenin mətbuat xidmətindən məlumat verilib.
İdarə rəisinin müavini, tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov stansiya yaxınlığındakı ventilyasiya köşkünün yenilənməsi, giriş meydançasında qranit təbəqəsinin döşənməsi və işıqlandırma sistemi ilə bağlı görülən tədbirlər metropoliten rəhbərinə məlumat verib.
O, giriş sahəsində avtomat nəzarət məntəqəsi avadanlığın quraşdırılması, stansiya yollarında işıqlandırma işlərinin tamamlanması ilə maraqlanıb. Təchizatçı şirkətin nümayəndələri bir həftə ərzində tavan işıqlandırmasının yekunlaşdırılacağını və daha sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlayacaqlarını deyib.
T.Əhmədov 28 May stansiyasının ikinci giriş-çıxışı, piyada tuneli və Cəfər Cabbarlı stansiyasına keçidlə əlaqədar bəzi tədbirlərin yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Dunyatv.az


Oxunub: 729

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.