dunyatv.az
CANLI YAYIN

Facebook istifadəçilərinin oyun xəstəliyi

3-02-2014, 16:35

Facebook istifadəçilərinin oyun xəstəliyi

"Facebook"da demək olar ki, hər saat dostlarımızdan müxtəlif oyunları birgə oynamaq təklifi gəlir. Bu dostlar qrupunda  müxtəlif yaşda olan insanlar və kifayət qədər ciddi vəzifənin sahibləri olan  insanlar da var. Bəs insanları bu oyunları oynamağa təhrik edən səbəb nədir?

Statistik araşdırmalardan ən çox oynanılan oyunun Candy Crush olduğu qənaətinə gəldim. Facebook istifadəçilərinin 23 nəfərdən birini bu fenomen oyunu oynayır.

Oyun (Candy Crush) qətiyyən  bu günə qədər hazırlanan ən gözəl oyun deyil, hətta ağıllı olduğu da deyilə bilməz, amma bir gerçək var ki, dünyanın ən çox asılılıq yaradan oyunları arasında ilk yerdədir. Facebook üzərindən oynanan Candy Crush hər gün 140 milyon adam tərəfindən oynanır. Bir başqa deyişlə facebookdakı hər 23 nəfərdən oyunun əsas mahiyyəti olan  şəkərləri partladır.

Applenin məlumatlarına görə 'App Store dan ən çox endirilən tətbiqetmə, eyni anda da iOS , Android və Facebookda bir nömrəyə yerləşdirilən  ilk oyundur.

Oyunun qaydaları çox sadədir, oyunçular eyni rəngli üç və ya daha çox şirniyyatların yan-yana və ya üst -üstə gətirərək partlayışını təmin edir. Bu oyunun yüzlərlə  mərhələsi var və mərhələləri keçdikcə oyuna yeni hissələr və çətinliklər əlavə edir. Yəni oyunlar heç bir zaman yeni çətinliklərdən məhrum qalmır. Oyunun parlaq rəngləri və musiqisi isə qətiliklə cazibədarlığını, bir başqa deyişlə asılılığı artırır.

Bu oyunun eynilə Tetris və Bejevelled kimi insan beyninin ən köklü arzularına xitab edir və beynin dopamin hormonu ifraz etməsinə səbəb olur. Bu bu deməkdir, eynilə narkotik asılılığına oxşar təsirlər göstərir.

Statistikaya görə, oyunu ən çox 20-55 yaş arası xanımlar oynayır. Bu oyunun  "bitməyən" oyunlar sırasında olması  xanımların daha çox nədən oynaması ilə bağlı müəyyən psixoloji məqamlardan xəbər verir. Qadınların oyuna asılılığını davamlı tələbkar olma psixologiyasına bağlayır. Prof. Griffiths asılılığı belə izah edir: "Candy Crush yüzdə yüz diqqət tələb edir. Bir də psixoloji olaraq 'heç bitməməsi ' həmişə daha çox istəyən, xanımlar üçün psixoloji bir bağlılıqdır "

İnsan psixologiyasının zəiflikləri bu oyunda cəmlənib.

Oyun hissələri keçmək üçün üç gün ilə 30 dəqiqə arası istifadəçiləri gözlədir. Bu sırada oyunçu beyninde oyunu oynamağa davam edir və asılılıq başlayır.

Şirin sözlər söyləyir: Mərhələləri  keçdikcə ya da şəkər partlatdıqca oyun motivasiyaedici gözəl sözlər söyləyir.

Hər zaman daha çox gəlir : Oyun hər gün inkişaf etdirilir və yeni hissələr əlavə olunur.

İstər pul ödə, istər pulsuz oyna: Oyun pulsuzdur amma istafadəçi istərsə müəyyən pulun qarşılığında asanca çətin mərhələni geridə qoyub yeni mərhələyə keçid edə bilər. Psixoloji olaraq insanın gücə sahib olma duyğusundan istifadə edilərək asıllıq yaradır.

Bu psixoloji nüansları və vaxt itkisini sonda yaradacağı psixoloji asıllıqı nəzərə alaraq bu oyunları oynamağa başlamamaq lazimdır.Əgər artıq bu və ya bu kimi oyunlardan aslı hala gəlibsinizə daha fərqli və sizin üçün yararlı olan məşğuliyyətlərə  daha çox diqqət ayırın və enerjinizi həmin istiqamətlərə sublimasiya edin. Müəyyən zamandan sonra asıllığınız tədricən azalmağa başlayacaq. (Fidan Azərqızı)

 


Oxunub: 849

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.