dunyatv.az
CANLI YAYIN

Kolbasada “bağırsaq çöpü” aşkarlandı

3-02-2014, 23:30

Kolbasada “bağırsaq çöpü” aşkarlandı

Kolbasada " bağırsaq çöpü” aşkarlanıb. 

Bu barədə Bakupost.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yanvar ayı ərzində mağazalarda satışa çıxarılan kolbasa məhsulları laborator müayinələrdən keçirilib: "Müayinə zamanı 100-dən çox nümunə yoxlanılıb. Bir nümunədə bakteriyayla çirklənmə aşkarlanıb. Hələlik hansı firmanın məhsulu olduğunu açıqlaya bilmərik. Çünki sabahdan etibarən təkrar yoxlama aparılacaq. Laborator müayinə təkrar nəticə əldə edərsə, ictimaiyyətə ətraflı məlumat veriləcək. O zaman məhsulun hansı firmaya aid olduğu da açıqlanacaq”.

RGEM-in şöbə müdiri yaxın günlərdə süd məhsullarının yoxlanılmasına başlayacaqlarını da bildirib: "Fevral ayı ərzində müxtəlif çeşidli süd məhsullarının laborator müayinələri aparılacaq. Bu siyahıya xama, yoqurt, qatıq, pendir və s. süd məhsulları daxildir”.

Dunyatv.az


Oxunub: 628

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.