dunyatv.az
CANLI YAYIN

Küldə boğulanlar

3-02-2014, 21:50

Bir necə gün öncə fəallaşmağa başlayan İndoneziyadakı Sinaburq vulkanı püskürüb. ANS PRESS-in məlumatına görə, püskürmə nəticəsində 16 nəfər həyatını itirib. Onlardan 8-i uşaqlardır.
Qeyd edək ki, daha öncə adıçəkilən vulkanın püskürməsi nəticəsində minlərlə insan yaşayış yerlərini tərk etməli olmuşdular. Lakin bir necə gün öncə 14 min insan yenidən evlərinə qayıdıb.
Amma qayıtdıqlarının səhəri gün sakinlər yenidən partlayış səsi ilə oyanıblar.
Ekvadorda da Tunquraua vulkanı püskürüb. Son günlərdə fəallığını artıran vulkan gün ərzində bir neçə dəfə havaya kül sovurub. Nəhəng kül buludlarının hündürlüyü 8 kilometrə çatıb. Tunquraua vulkanı məskunlaşma sahəsinə yaxın ərazidə yerləşdiyindən hökumət qüvvələri dağa aparan yolların bağlanmasına əmr verib.
ANS PRESS 16 nəfərin ölümünə səbəb olan kül yağışının fotolarını təqdim edir.


Oxunub: 569

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.