"Exit-poll": İlham Əliyev 83,89 faiz səslə seçkilərdə birincidir

 
 
 
QHT Əməkdaşlıq Alyansının sifarişi ilə "Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi 2013-cü il 9 oktyabr Prezident seçkisində keçirdiyi "exit-poll”un ilkin nəticələrini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Müstəqil Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Alyansın həmsədri Rufiq Qonaqov jurnalistləri nəticələrlə məlumatlandırıb.

Aparılan sorğular nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyev 83,89 faiz səslə seçkilərdə qalib gəlib.

QHT Əməkdaşlıq Alyansının sədri Rufiq Qonaqovun açıqladığı nəticələri təqdim edirik:

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə - 1,88%

YAP-ın sədri, prezident İlham Əliyev – 83,89%

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 0,71%

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 0,79%

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev – 1,30%

Milli Şuradan vahid namizəd Cəmil Həsənli – 8,20%

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov – 0,95%

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev – 0,63%

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu – 0,67%

Sərbəst namizəd, deputat Zahid Oruc Zahid Oruc – 0,98%.

R. Qonaqov "exit-poll”un bütün 125 dairə üzrə keçirildiyini söyləyib. Alyansın müşahidəçiləri paytaxtda və ölkənin müxtəlif bölgələrində müşahidə aparıblar. "Exit-poll”a əsasən seçkidə seçicilərin 67%-i iştirak edib.
  • Müəllif: Asef
  • Tarix 9-10-2013, 22:19
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 868
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac