Qəbul imtahanlarının vaxtı dəyişdi

 

Verilən məlumata görə, həmin dəyişikliklər qəbul imtahanlarının məzmununa aid deyil.


Belə ki, gələn (2014-cü) il həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının əvvəl deyildiyi kimi aprel ayında deyil, may ayında keçirilməsi nəzərdə tutulur.

Həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyul ayında verəcəklər.

Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.

Digər nəzərdə tutulan yenilik 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır.

Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.



  • Müəllif: Pervin_M
  • Tarix 6-11-2013, 12:24
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 7572
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Arxiv
Sayğac