"Kimyəvi maddələrin böyük hissəsi Suriyadan çıxarılır"

"Suriya hökuməti fevral ayının sonuna kimi kimyəvi maddələrin böyük partiyasının ölkədən çıxarılmasını planlaşdırır". DunyaTv.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qennadi Qatilov deyib. O bildirib ki, Suriya tərəfi nəzərdə tutulan müddətə uyğun olaraq iş aparır:
"Silahsızlaşdırmayla vəziyyəti dramatikləşdirmək lazım deyil. Dünən suriyalılar elan etdilər ki, fevralda kimyəvi maddələrin böyük partiyasının ölkədən çıxarılması nəzərdə tutulub. Onlar bu prosesi martın 1-nə kimi qurtarmağa hazırdır. Ölkənin kimyəvi silah üzrə planın qəbulu vaxtı bəzi nüanslar məlum deyildi, buna görə də burada hansısa bir düzəlişlərin edilməsi tamamilə məntiqlidir".
Qatilov qarşıya tələb kimi qoyulan müddətə kimi hələ ki hər şeyin qaydasında getdiyini deyib. Rusiya XİN rəsmisi qeyd edib ki, bu əməliyyatın keçirilməsi zamanı yaranan təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə bağlı çətinliklər var. Qatilov bütün bunların əsassız olmadığını, bəzi təxribatların olduğunu deyib.
  • Müəllif: Guler
  • Tarix 4-02-2014, 11:40
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 403
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac