“Facebook”un 10 yaşı tamam oldu

“Facebook”un 10 yaşı tamam oldu

 İstifadəçilər hər gün 6 milyard dəfə "like” düyməsinə basırlar
Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook” şirkəti fəaliyyətinin 10 illik yubileyini qeyd edir.
Xəbər verir ki, sosial şəbəkə bu müddət ərzində dünyanın ən böyük sosial-onlayn resursu statusunu qazanmağa müvəffəq olub.
İstifadəçi auditoriyasının ay ərzində 1,23 milyard təşkil etməsi şirkətin uğurlu fəaliyyətindən xəbər verir.
"Facebook” rəhbəri Mark Zuckerberg ilk dövrlərdə sosial şəbəkəni sırf Harvard Universitetinin tələbələrinin öz aralarında ünsiyyət yaratmasına istiqamətlənmiş sayt qismində istifadəyə təqdim edib.
Lakin yaradıcısı olduğu sosial şəbəkənin üstünlükləri qısa zaman ərzində, nəinki ABŞ-ın digər universitetlərinin tələbələri, eyni zamanda məktəblilər və bütün dünyada olan müxtəlif insanlar tərəfindən yüksək şəkildə qiymətləndirildi.
10 il ərzində "Facebook”dan istifadə 200 milyarddan çox insanın sosial şəbəkədə dostluq münasibətləri yaratmasına səbəb olub.
Sosial şəbəkə bir çox mənalarda dostluq anlayışını dəyişdirməyi bacarıb. Hal-hazırda dostluq dedikdə, insanın ağlına ilk olaraq sosial şəbəkədəki dostlarının siyahısının gəlməsi də dediyimiz fikrin sübutudur.
2009-cu ildə "Facebook” öz istifadəçilərinə "Like” düyməsindən istifadə imkanı təqdim edən ilk sosial şəbəkə olub. İndi isə insanlar gün ərzində bu düymədən 6 milyard dəfə istifadə edirlər.
Hal-hazırda mobil xidmətlərin təqdim edilməsi "Facebook” sosial şəbəkəsinin əsas üstünlüyü hesab olunur.
Şirkət onların təşkili üçün heç bir məsrəfdən boyun qaçırmır. Nümunə olaraq qeyd edək ki, "İnstagram” üçün sərf olunan vəsaitin həcmi 1 milyard dollara çatır. "Facebook”un mobil xidmətlərindən bir milyarda yaxın insan istifadə edir. Mobil reklam şirkətə, nəinki çoxlu sayda istifadəçi, eyni zamanda 3,15 milyard dollar həcmində maddi vəsait qazandırıb.
Qeyd olunan mənfəət göstəricisi 2013-cü ildə şirkət hesabına daxil olan gəlirlərin 40%-ni təşkil edir. Diqqətə çatdıraq ki, şirkət öz fəaliyyətinin növbəti onilliyinə "İnternet.org” adlanan iddialı bir layihənin gerçəkləşdirilməsi məqsədi ilə qədəm qoyur. İnternetə qoşulan zaman qarşıya çıxan bütün problemlərin həll olunması və aradan qaldırılması məqsədi daşıyan "İnternet.org” layihəsinin həyata keçirilməsi üçün 11,5 milyard dollar həcmində vəsait sərf olunacağı gözlənilir.

Dunyatv.az

 

  • Müəllif: Sebine
  • Tarix 4-02-2014, 11:40
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 641
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac