dunyatv.az
CANLI YAYIN

Argentinalı ulduz "Cim-Bom"da

4-02-2014, 11:40

 "Qalatasaray" Argentina "Boka Xuniors"unun futbolçusu Gilyermo Burdissonu heyətinə qatıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı rəsmi məlumat yayıb.

Belə ki, 25 yaşlı dayaq müdafiəçisi cari mövsümün sonuna qədər İstanbul klubunda çıxış edəcək. Anlaşmaya görə, "Cim-Bom" mövsüm sonu bu futbolçunu 3 milyon avro qarşılığında müqaviləsi ilə birgə alma haqqına sahibdir. "Sarı-qırmızılar" bu keçid üçün futbolçuya 300, klubuna isə 250 min dollar ödəyəcək.

Qeyd edək ki, Argentina millisində də çıxış etmiş Burdisso 2012-ci ildən "Boka Xuniors"un şərəfini qoruyur. O, 2010-2011 mövsümündə icarə əsasında İtaliyanın "Roma" klubunun formasını geyib.



Oxunub: 921

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.