Köhnə bəla gerdi döndü - 316 ölü

 

Səhiyyə Nazirliyi nümayəndələrinin məlumatına görə, ilin əvvəlindən Meksikada artıq 2,57 min nəfərin A/H1N1 virusuna yoluxduğu qeydə alınıb və onlardan 316-sı dünyasını dəyişib. 
Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.
Rəsmi məlumata görə, Xalisko, Mexiko, San-Luis-Potosi və Nuevo-Leon ştatlarında daha çox yoluxma halı qeydə alınıb. Hazırda ölkədə bu virusa qarşı əhaliyə peyvənd vurulması kampaniyası həyata keçirilir.
"Donuz qripi"nə yoluxma hallarının aşkar edildiyi ştatların sakinlərinə əlavə ehtiyat tədbirləri görmək tövsiyə olunub. Habelə tibb işçiləri əhaliyə ictimai yerlərdə olarkən tənzif maskalardan istifadə etməyi tövsiyə edirlər.
Ölkədəki sanitariya orqanları əhalini xəstəliyin əlamətləri özünü büruzə verən kimi dərhal xəstəxanalara müraciət etməyə çağırırlar.
2009-cu ildə Meksikada hakimiyyəti ölkədə fövqəladə sanitar vəziyyət elan etməyə vadar edən yeni qrip epidemiyası qeydə alınmışdı. O zaman respublikada A/H1N1 virusuna 70 mindən artıq yoluxma halı aşkar edilmişdi, 1,3 minə yaxın adam həlak olmuşdu.
Dunyatv.az
  • Müəllif: Dilber
  • Tarix 4-02-2014, 15:14
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 532
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac