Bakıda oğlandan sevgilisinə kriminal jest

 Bakı şəhərində qız üstündə qan tökülüb.

Dunyatv.az Milli.Az-a istinadən xəbər verir ki, Xocasən qəsəbəsində Bakı şəhər sakini Məftun Hüseynov sataşdığı qızın sevgilisi tərəfindən bıçaqlanıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları sevgilisinin gözləri qarşısında qan tökən Anar Saramanovu tutub.
Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, A.Saramanov tanış qızı maşınla aparıb evinə yola salıb. Qız maşından düşüb aralanan kimi iki nəfərin qıza sataşdığını görüb. Geri dönərək həmin şəxslərlə mübahisə edib. Mübahisə davaya çevriləndə isə bıçaqla həmin şəxslərdən biri olan Məftuna iki zərbə vurub.
Lakin yaralı M.Hüseynov xəstəxanada yaranın şokundan çıxan kimi deyib ki, guya A.Saramanov qızla mübahisə edirmiş. Onları sakitləşdirmək istəyi isə bıçaqlanması ilə nəticələnib.

Dunyatv.az

  • Müəllif: Sebine
  • Tarix 4-02-2014, 15:14
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 540
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac