dunyatv.az
CANLI YAYIN

Mətbəx sirləri: "Romanoff"

4-02-2014, 15:14

 Dunyatv.az kartofdan dadlı məzənin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
1 kq kartof
1 baş soğan
300 q çedder pendiri
1,5 st. xama
duz
qara istiot
Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Pendiri sürtgəcdən keçirin.
İri ləyəndə kartof, soğan, pendirin 3/4 hissəsini, duzu və qara istiotu qarışdırın. Xama əlavə edib qarışdırın. Formanı yağlayın. Kartoflu qarışığı içinə qoyun, üzərinə qalan pendiri səpin.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, qızılı rəng alanadək bişirin.
Nuş olsun!

Dunyatv.az


Oxunub: 826

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.