dunyatv.az
CANLI YAYIN

"Karvan" ticarət mərkəzini kim sığortalayıb?

6-11-2013, 14:00

[/i]
"Karvan" ticarət mərkəzini kim sığortalayıb? 
 
[i]"Baş vermiş hadisə ilə bağlı iş hazırda qiymətləndirmə və sənədlərin toplanması mərhələsindədir".

Bir qədər əvvəl yanğının baş verən "Karvan” ticarət mərkəzi "Azsığorta” şirkəti tərəfindən sığortalanıb. Bu barədə fins.az-a şirkətin özündən bildirilib. Məlumatda deyilir ki, "Karvan” ticarət mərkəzi "Azsığorta” ASC-də daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatı alıb. Obyektin hansı məbləğə sığortalandığı kommersiya sirri olduğu üçün açıqlanmır: "Lakin gələcəkdə sığortalı ilə bu barədə razılığa gəldikdə müvafiq məlumatların təqdim edilməsi mümkün ola bilər"-deyə bildirilib.

 

Hələlik baş vermiş yanğınla əlaqədar olaraq heç bir ödəniş aparılmayıb. "Baş vermiş hadisə ilə bağlı iş hazırda qiymətləndirmə və sənədlərin toplanması mərhələsindədir". Adətən bu mərhələlər tamamlandıqdan sonra müvafiq qaydada sənədlər yoxlanılır və qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ödəniş həyata keçirilir.


Oxunub: 1 063

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.