dunyatv.az
CANLI YAYIN

Stress uşaqlarda astma xəstəliyinə zəmin yaradır

5-02-2014, 13:02

 Bir pisixoloji proses olan stress, həkimlərin tədqiqatlarına görə, mədədə problem yaradaraq, digər orqan və toxumaları da öz təsiri altına salır.

Bu səbəbdən də həkimlər gənclərdə və məktəbli uşaqlarda çox tez-tez rast gəlinən bu xəstəliklərin əvvəldən qarşısını almağı vaildeynlərə tövsiyə edirlər. Həkimlər stressin səbəb olduğu mədə xəstəliklərinin ilk əlamətləri ilə valideynləri xəbərdarlıq edirlər. Bunlar: ağızdan pis qoxunun gəlməsi, yatarkən ağızdan suyun gəlməyini, səsin tonunun batması, yatan zaman dişlərin bir-birinə sürtülməsi - ilk əlamətlər kimi göstərlir. Həkimlər bildirirlər ki, valideynlər əgər övladlarında bu kimi əlamətlər müşahidə etsələr, həkimə müraciət etməlidirlər. Çünki stressin səbəb olduğu mədə xəstəliyi daha sonra inkişaf edib, astma xəstəliyinin yaranmasına zəmin yarada bilir.
Mədə xəstəliklərinin ağciyər xəstəliyi olan astmaya necə keçməyini isə həkimlər belə izah edir. Belə ki, mədədə ifraz olan mədə şirəsi qida borusu və qan damarları ilə orqanizimdə dövr edir. Və bu zaman ağciyərlərdə bəlğəmin yaranmağına səbəb olur. Yaranan bəlğəm isə, öskürməklə və nəfəsin çatışmamazlığı ilə özünü büruzə verir. Bunun nəticəsində də gənclərdə və məktəbli uşaqlarda astma xəstəliyi yaranır.
Bu halların baş verməməsi üçün məktəbli uşaqların, xüsusən də, ali məktəblərə hazırlaşan abuturiyentlərin valideynləri tərəfindən pisixoloji təziq göstərməməyi həkimlər, çox ciddi şəkildə tövsiyə edirlər. Bundan əlavə, uşağın qida rasionuna da ciddi nəzər yetirilməlidir. Və qida rasionunda vitaminli qidalar yer almalıdır. Yuxu rejimi nəzarətdə saxlanılmalıdır. Yatmamışdan 2 saat əvvəl yeməkdən pəhriz edilməlidir.
Bu məsləhətlərə vaildeynlərin əməl etməyini həkimlər çox ciddi şəkildə tövsiyə edirlər.

Dunyatv.az


Oxunub: 1 079

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.