Metropolitendən xoş xəbər

Metropolitendən xoş xəbər

 "28 May” metro stansiyası Novruz bayramına qədər təhvil veriləcək

Bakı Metropoliteni hazırda yenidən qurulan «28 May» stansiyasında təmir işlərini davam etdirir.
Metropolitendən verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində metro stansiyasında hazırda vestibülün mərmər-qranit təbəqəsi döşənir. Eyni zamanda elektrik sistemləri üzərində də iş gedir. Bu mərhələdən sonra avadanlıqların quraşdırılmasına başlanacaq.
Məlumata görə, metro stansiyasında tikinti işlərinin Novruz bayramına qədər yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, stansiyada tələbat nəzərə alınaraq, 10 keçid aparatı qoyulacaq. Yaxın vaxtlarda isə metro stansiyasının tavanının işıqlandırması işləri bitəcək. Bundan sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara start veriləcək.
Xatırladaq ki, «28 May» metro stansiyasının təmirinə keçən il başlanıb. Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər əsas çıxış, ikinci çıxış, eləcə də «Cəfər Cabbarlı» stansiyasının çıxışından da istifadə edirlər.
Təmir işləri çərçivəsində stansiyada eskalatorlar yeniləri ilə əvəz ediləcək, eyni zamanda onların sayı 3-dən 4-ə çatdırılacaq.
Dunyatv.az

 

  • Müəllif: Sebine
  • Tarix 5-02-2014, 15:17
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 529
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac