dunyatv.az
CANLI YAYIN

İçində üç uşaq olan maşın yanaraq kül oldu

5-02-2014, 15:17

Ata iki azyaşlı qız və bir oğlan uşağını maşında qoyaraq marketə gedib. Bu zaman maşın yanaraq kül olub.
DunyaTv.Az Lifenews-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı Qatçina qəsəbəsində baş verib. Uşaqlar ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Axşamçağı 3 uşaq atası olan 26 yaşlı Aleksey "Pyatoroçka" mağazasının qarşısında maşını saxlayıb ki, ərzaq alsın. Bu zaman maşında yanğın baş verib. Hadisə baş verən vaxt maşının mühərriki işlək vəziyyətdə olmayıb.
Maşında yanan 4 yaşlı Dmitri reanimasiyadadır. Bacıları Angelina və Milana isə ağır vəziyyətdədirlər.
Hadisənin səbəbləri araşdırılır.


Oxunub: 1 013

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.