dunyatv.az
CANLI YAYIN

Sumqayıt təhsil şöbəsinin rəhbəri V.Ələkbərov qalmaqalla bağlı AÇIQLAMA verdi

6-11-2013, 14:40


 

 

 
 
Sumqayıt şəhər təhsil şöbəsinin müdirinin səlahiyyətlərini icra edən Vaqif Ələkbərov 24 saylı məktəbin direktorunun işdən azad olunması ilə bağlı "Xəbərlə”yə danışıb.

O söyləyib ki, 24 saylı məktəbin direktoru Mehriban Nəcəfova təhsil naziri Mikayıl Cabbarovun əmri ilə işdən çıxarılıb:

 

"Sumqayıt şəhər 24 saylı orta məktəbin direktoru təhsil naziri Mikayıl Cabbarovun əmri ilə işdən çıxarılıb. Direktor işində buraxdığı nöqsanlara görə vəzifəsindən azad olunub.

 

Bu gün nazirin əmri məktəbun pedaqoji kollektivinə çatdırlıb. Bu zaman valideynlər buna etiraz ediblər. Valideynin bu kimi məsələlərə qarışmağa və etiraz etməsinə haqqı yoxdur. Yeni direktor təyin edilənə kimi isə direktor müavini bu vəzifəni icra edəcək”, - deyə V.Ələkbərov söyləyib.


Oxunub: 1 524

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.