dunyatv.az
CANLI YAYIN

Olimpiyaçılar bayrağımızı tərs tutdular

5-02-2014, 17:25

Sosial şəbəkələrdə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların fotosu yayımlanıb.
Dunyatv.az-in Lent.az-a istinadən xəbər verir ki, həmin görüntüdə yığma üzvlərinin üçrəngli bayrağı tərsinə tutduqları diqqətdən yayınmır.
Bu məqamda xatırladaq ki, XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva, yığmamızın bayraqdarı isə Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyevdir.
Məsələyə münasibət bildirən Könül Nurullayeva bildirib ki, şəkil çəkilən ərəfədə başları Soçidəki Olimpiya Kəndində bayrağımızın qaldırılma mərasiminə qarışıb. Bu səbəbdən, idmançılarımıza verilən bayrağın rənglərinə nəzər yetirmək imkanı olmayıb:
"Əgər belə bir şey olubsa,yaxşı hal deyil. Başımız mərasimə qarışıq olduğundan, idmançılarımıza verilən bayrağa fikir verə bilməmişəm. Olimpiyaçılarımızın hamısı legioner olsa da, bayrağımızdakı rənglərin yerlərini gözəl bilirlər.Sadəcə,ola bilsin, Olimpiya Kəndində çalışan volontyorlar bayrağı milə tərsinə keçiriblər və idmançılar da buna diqqət yetirməyiblər”.

Qeyd edək ki, təmsilçilərimizdən heç biri milliyyətcə azərbaycanlı deyil.Şəkil isə Soçidə çəkilib. 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq. 

Dunyatv.az



Oxunub: 738

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.