Telekanallara xəbərdarlıq edildi

 "Milli Televiziya və Radio Şurası (MTRŞ) "Reklam haqqında" qanunu pozan televiziya kanalları ilə bağlı yaxın vaxtlarda ciddi tədbirlər görəcək".
Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli qeyd edib ki, reklam pozuntuları ilə bağlı monitorinq davam etdirilir, ciddi şəkildə ölçü götürülür:
"Bilirsiniz ki, son zamanlar bəzi televiziya kanallarına bununla bağlı xəbərdarlıq da olundu. Bəzi telekanallarda reklam haqqında qanun pozulub. Ona görə də onlara qarşı tədbir görəcəyik. Kanalların adını çəkmirəm, amma yaxın vaxtlarda həmin televiziya kanalları ilə bağlı bir ölçü götürəcəyik".
MTRŞ sədri televiziya kanallarında reklam vaxtı səsin yüksəlməsi məsələsinə də münasibət bildirib. N.Məhərrəmli hesab edir ki, televiziyaların hamısında reklamla bağlı vahid qayda tətbiq olunmalıdır: "Reklamları televiziya kanalları özləri çəkmirlər, reklam şirkətləri çəkirlər. Təbii ki, televiziya kanalları reklamları alarkən bu məsələlərə diqqət yetirməlidir. Azərbaycan qanunvericiliyində bununla bağlı xüsusi maddələr yoxdu, amma vahid bir proqram siyasəti olmalıdır və səslər də ona uyğunlaşdırılmalıdır".
Reklam vaxtı ekranın aşağısında reklam müddətini göstərən subtitr olması məsələsinə gəlincə, N.Məhərrəmli qeyd edib ki, bu, televiziya kanallarının özünə aid olan məsələdir, onlar özləri bunu verib-verməməyi müəyyənləşdirir.

Dunyatv.az

  • Müəllif: Sebine
  • Tarix 5-02-2014, 17:25
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 542
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Arxiv
Sayğac