dunyatv.az
CANLI YAYIN

Məşhur türk futbolçu komandadan qovuldu

6-02-2014, 11:52

 Məşhur türkiyəli futbolçu Tuncay Şanlı "Bursaspor"la yolları ayırıb.

Apasport.az-ın xəbərinə görə, bu barədə "ağ-yaşıllar"ın klub prezidenti Ərkan Körüstan məlumat verib.
Klub saytına danışan Körüstan 32 yaşlı hücumçunun müqaviləsini qarşılıqlı olaraq ləğv etdiklərini deyib. O, komanda üçün etdiklərinə görə Tuncaya təşəkkür edib və gələcək həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, 2002-2010-cu illər ərzində Türkiyə millisində də çıxış edən təcrübəli forvard "Fənərbağça" (2002mdash;2007), "Stok Siti" (İngiltərə 2009mdash;2011), "Volfsburq" (Almaniya 2011mdash;2012) kimi klubların formasını geyib. 2012-ci ildə "Bursaspor"a keçən Tuncay 2012-2013 mövsümündə Superliqada 27, ölkə kubokunda 4 matça çıxıb. O, cari mövsüm isə 12 çempionat, 2 kubok oyununda meydana çıxıb.

Dunyatv.az


Oxunub: 760

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.