dunyatv.az
CANLI YAYIN

Sabah hava necə olacaq?

6-02-2014, 14:58

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur. 

 

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.


Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
 

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.


Oxunub: 944

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.