Dovşan doğuran qadın, ağacda yetişən spagetti - Şəhər əfsanələri, yoxsa reallıq?

Şəhər əfsanələri

 

Keçmişdə qəzetlər zaman-zaman tirajlarını artırmaq üçün insanların marağını çəkə biləcək müxtəlif xəbərlər uydururdu. Bu gün məlumata daxil olma daha sürətli və asan olduğu üçün bu taktika bir o qədər də mümkün olmur. Bu yalanların ən məşhuru 1980-ci illərdə yayılmış "Saqqallı körpə” hekayəsi idi. "Tan” qəzeti bir körpənin saqqallı doğulduğunu, doğulan kimi danışdığını və ilk sözlərinin qiyamətin Qurban Bayramından iki gün sonra olacağını yazmışdı. Bir çox adam bu xəbərə inanmasa da, xəbər qəzetin tirajını artırmışdı. Yaşanan bu hadisə nə ilk, nə də son oldu. Dünyanın demək olar ki, hər yerində bu cür nömrələrdən istifadə edilirdi.

 

Həmin şəhər əfsanələrindən bir neçəsi…

 

Dovşan doğuran qadın

 

XVIII əsrin ən böyük saxtakarlıqlarından biri bir qadının dovşan doğurduğunu iddia etməsi idi. Mari Toft adlı bu qadına elm adamları da daxil olmaqla bir çox adam inanmışdı. Toft cərrahlara məktublar yazaraq dovşan doğurduğunu və özünə nə olduğunu öyrənmək istədiyini deyib. Doğumlara qatılan həkimlər dovşanların həmişə ölü doğulduğunu görüb və dovşanlar üzərində araşdırma aparıb. Bundan sonra dovşanların əvvəlcə canlı olduqları ortaya çıxıb. Ərinin Tofta dovşan gətirdiyi söz-söhbətləri yayılandan sonra isə həkimlərdən biri Toftu rəhminə nəzarət edəcəyi ilə təhdid edib. Beləliklə, Mari Toft dovşanları rəhminə özü qoyduğunu etiraf edib.

 

Piltdaun adamı

 

Tarixin ən məşhur saxtakarlıqlarından biri də Piltdaun adamıdır. Çarles Dauson 1912-ci ildə İngiltərədə tapdığı kəllənin çox qədim bir insan növünə aid olduğunu iddia edib. Kəllənin həqiqi olub-olmadığı haqqında müzakirələr başlayıb və mövzu dərindən araşdırılıb. Beləliklə, kəllənin müasir insana, çənə sümüyünün isə oranqutana aid olduğu ortaya çıxıb. Adını Dausonun soyadından alan Piltdaun adamı insan təkamülünə görə böyük marağa səbəb olsa da, saxta olduğu 40 ildən sonra sübut olunub.

 

Fici dənizqızı

 

Fici dənizqızı adı verilən qalıq da dünyada çox səs gətirən tapıntılardan biridir. Qalıq halında tapılan dənizqızının da saxta olduğu ortaya çıxıb. Çünki həmin tapıntı meymun və balıq quyruğunun birləşməsindən yaradılmışdı.

 

Yadplanetli

 

Tez-tez eşitdiyimiz iddialardan biri: 1990-cı illərdə yayımlanmış bir video insanları yadplanetlilərin varlığına inandırmışdı. Lakin daha sonra videodaki yadplanetlinin gerçək olmadığı, real kimi görünməsi üçün çiyələk mürəbbəsi sürüldüyü ortaya çıxmışdı. Həmin videonu çəkən adam isə yenə də görüntülərin saxta olmadığını iddia etmişdi.

 

Ağacdakı spagetti

 

1950-ci illərdə BBC kanalı yayımladığı bir verilişdə ağaclarda spagetti böyüdüyünü göstərmişdi. Qəribə də olsa, insanlar buna inanmış, hətta verilişə zəng edərək spagettini necə yetişdirəcəklərini soruşmuşdu.

 

Nəhəng Kardiff

 

Bu da Amerika tarixinin ən böyük şəhər əfsanələrindən biridir. 1960-cı illərin sonlarında Nyu Yorkun Kardiff şəhərində təxminən üç metr uzunluğunda bədən tapılıb. Xəbərin həyəcanıyla başqa insanlar da gəlib eyni şəkildə nəhəng insan bədənləri tapdıqlarını deyib. Lakin sonradan Corc Hull adlı birinin bu nəhəng heykəli oraya qoyduğu ortaya çıxmışdı.

 

Dünyalar müharibəsi

 

1938-ci ildə ABŞ-ın radio verilişlərindən biri dünyalar arası müharibənin olacağını iddia edib. O gündən sonra çaxnaşmaya qapılan insanlar qaz qoxusu hiss etdiklərini və səmada işıq gördüklərini söyləyib. Qaçmaq üçün avtomobillərini hazırlayanlar belə olub. Lakin daha sonra radioda yayımlanan verilişin Herbert Corc Uellsin "Dünyalar müharibəsi” adlı fantastik kitabının səsləndirməsi olduğu ortaya çıxıb.

 


 

  • Müəllif: Guler
  • Tarix 6-02-2014, 17:15
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 923
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac