dunyatv.az
CANLI YAYIN

Qiymətlər bahalaşdı

6-02-2014, 17:15

Qiymətlər bahalaşdı

 Azərbaycanda yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5 və 2,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Xezerxeber.com-a verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz, kartofun 1,0 faiz, baş soğanın 4,3 faiz, baş sarımsağın 0,1 faiz, yerkökünün 5,5 faiz, xiyarın 3,3 faiz, pomidorun 1,0 faiz, göyərtilərin 0,4 faiz, quru otun istehsalçı qiymətləri 1,4 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4 faiz ucuzlaşmış, xurmanın istehsalçı qiymətləri 9,1 faiz, narın 3,6 faiz, heyvanın 4,7 faiz, naringinin 2,6 faiz, fındığın 9,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb.
Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,1 faiz, camışın 1,3 faiz, südün 0,2 faiz, quş ətinin (diri çəkidə) 4,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunub.


 


Oxunub: 709

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.