Tom Kruz milyard dollarlıq dələduzluqda ittiham olunur

 "Mümkünsüz missiya: Fantom protokolu" filminin yaradıcısı və baş rolun ifaçısı Tom Kruz məhkəməyə verilib.

Dunyatv.az-ın Spletnik.ru-ya istinadən məlumatına görə, Timoti Patrik MakLanahan adlı şəxs iddia edir ki, həmin filmin ssenarisini yazıb. Ancaq ona xəbərdarlıq etmədən film çəkiblər.
MakLanahan müəllif hüquqlarının pozulduğuna görə Tom Kruzdan, "Paramount Pictures" studiyasından və bir neçə prodüserdən nə az, nə çox 1 milyard dollar təzminat tələb edir.
Onun iddialarına görə, "Head On" adlı ssenarini 1998-ci ildə yazıb. Bundan sonra Nyu-Yorkda nəhəng kinostudiyalarla çalışan "William Morris Agency" agentliyinə təklif etsə də, ssenari qəbul olunmayıb.
Mənə dedilər ki, həmin ssenari əsasında film çəkmək niyyətləri yoxdur. Sonradan müəllifin xəbəri olmadan, həmin ssenarini Tom Kruzun əməkdaşlıq etdiyi "Creative Artist Agency"-yə satıblar. MakLanahan yalnız filmə baxdıqdan sonra ssenarinin özünə məxsus olduğunu anlayıb.
Film DVD və Blu-ray disklərinin satışı nəzərə alınmadan, yalnız prokatlardan 700 milyon dollar qazanıb.

Dunyatv.az

  • Müəllif: Sebine
  • Tarix 6-02-2014, 17:15
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 560
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac