dunyatv.az
CANLI YAYIN

Xəzər dənizi donub

6-02-2014, 17:15

Son günlər havaların şaxtalı keçməsi nəticəsində Xaçmaz rayonunun Nabran yaşayış məntəqəsi ərazisində Xəzər dənizinin suları donub.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, ağ rəngə bürünən Xəzərin suları sahildən içəriyə doğru xeyli məsafədə donub, iri buzlaqlar əmələ gəlib. Yerli sakinlərin dediklərinə görə, dənizin bu hissəsi sonuncu dəfə 1969-cu ildə belə donub. Xəzər dənizinin üzü şimala getdikcə daha çox donduğu müşahidə edilir. Dənizdəki buz qatının qalınlığı isə təxminən 30 sm-dən 1 metrə qədər çatır. Həmçinin dənizin ortasından donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür.


Oxunub: 1 117

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.