dunyatv.az
CANLI YAYIN

Hamilələrə şok xəbər: körpəniz xərçənglə doğula bilər!

7-02-2014, 10:18

Hamilələrə şok xəbər: körpəniz xərçənglə doğula bilər!

 Uşaqlar arasında xərçəng xəstəliyi niyə artır?
"Bütün dünyada uşaqlar arasında onkoloji xəstəliklərin artmasına və müalicənin çətinləşməsinə səbəb həkimə müraciətlərin ləngidilməsidir. Uşaqlarda bədxassəli şiş xəstəliyinin sağalma şansı böyüklərə nisbətən çox-çox yüksək olduğundan bu xəstəliyin erkən aşkarlanması və vaxtında müalicəsi vacibdir. Çünki müalicənin effekti xəstəliyin hansı mərhələsində müraciətdən çox asılıdır”. Bunu Ailem.az-a Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının kimyaterapiya şöbəsinin həkimi Leyla Xələfova deyib.
O qeyd edib ki, uşaqlarda bədxassəli şiş xəstəliklərinin yaranması səbəbləri ekoloji problemlər, qidalanma, stress və sairədir: "Hər şey ana bətnindən başlayır. Əgər ana hamilə vaxtı normal qidalansa və stresslərdən uzaq olsa, onun bətnindəki uşağın inkişafı da normal olar. Çox vaxt analar uşaqlarda anemiya, qan azlığı ilə bağlı müraciət edirlər. Ana bətnində olan uşaq oksigenlə təmin edilməli, düzgün qidalanmalıdır. Əks halda uşaq doğulandan sonra onda bir sıra problemlər baş qaldırır. Valideyinlərin hansısa xəstəlik daşıyıcısı olması, qan qohumluğu nikahları da bədxassəli şiş xəstəliyi olan uşaqların dünyaya gəlməsinə səbəb olur. Müsəlman ölkələrində qohum nikahlar çox olduğundan həmin ölkələrdə bu cür xəstə uşaqlar daha çox doğulur”.
L. Xələfova bildirib ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının fəaliyyətə başladığı 2012-ci ildən bu günədədək klinikaya 3 min uşaqla bağlı müraciət daxil olub. Həmin uşaqların təxminən 100-də bu xəstəlik aşkar olunub. Həkim deyir ki, onkoloji xəstələrin 1-1,5 faizini uşaqlar təşkil edir. Hər 100 min uşaq kontingentinə isə 12-15 onkologi xəstə düşür: "Uşaqlarda təsadüf olunan bədxassəli şişlər arasında birinci yeri leykoz xəstəliyi - qan xərçəngi tutur. İkinci yeri baş beynin şişləri, üçüncü yeri limfatik düyünlərin bədxassəli xəstəlikləri, sonrakı yerləri limfaqranulematoz və limfasarkoma tutur. Klinikada bütün bu xəstəliklər müalicə edilir. Lakin əsas məsələ xəstəliklə bağlı həkimə vaxtında müraciət edilməsidir”
Həkimin sözlərinə görə, dünyanın çox yerində bədxassəli xəstələr daha çox üçüncü və dördüncü mərhələdə həkimə müraciət edirlər: "Üçüncü mərhələdə 47 faiz, dördüncü mərhələdə isə 41 fazi xəstə müraciət edir. Cəmi 4 faiz xəstəliyin birinci mərhələsində həkimə müraciət edir. Ona görə də biz əhali və həkimlər arasında təbliğat aparırıq ki, belə xəstəliklərin vaxtında aşkarlanması və müalicə edilməsi üçün tədbirlər görülsün. Bu xəstəlik nə qədər tez aşkarlansa və ilkin mərhələdə müalicəyə başlanılsa, daha yaxşı nəticələr əldə etmək mümkündür”.     

 


Oxunub: 983

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.