dunyatv.az
CANLI YAYIN

Bakıda dəhşətli ailə faciəsi

7-02-2014, 14:45

Bakıda dəhşətli ailə faciəsi

 "Ana, bir az dincəlim, sonra yeyərəm”

Ötən gün Bakının Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsində ürəkağrıdan faciəvi hadisə baş verib. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsindən verilən məlumata görə, faciəvi hadisə ötən gün səhər saatlarında Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi 7-ci döngədə qeydə alınıb. Qeyd edilən ünvanda yaşayan 34 yaşlı Söhbət Rüstəmovun meyidi anası tərəfindən tapılıb. Oğlunun ölümünə inana bilməyən ana, dərhal hadisə yerinə təcili yardım həkimlərini çağırıb. Lakin həkimlər hadisə yerinə çatanda onun öldüyü məlum olub.
Hadisə yerinə gələn tibbi ekspertiza Söhbət Rüstəmovun dəm qazından boğularaq öldüyünü müəyyən edib. Müəyyən olunub ki, kişi axşam saatlarında dünyasını dəyişib. Lakin evdə heç kim olmadığı üçün, onun ölümünü səhər anası bilib.
Qeyd edək ki, Söhbət Rüstəmov kasıb ailədəndir. Onun atası uşaq ikən dünyasını dəyişib. Ailənin tək övladı olan Söhbət Rüstəmov fəhlə işləyib. Anası da, yaxınlıqdakı çörək sexində gecə növbəsində çalışır. Hadisə baş verən gün, Söhbət Rüstəmov işdən evə yorğun gəlib. Anası oğlu üçün yemək hazırlasa da, Söhbət "Ana, bir az dincəlim, sonra yeyərəm”, - deyib və uzanıb.
Söhbətin anası isə işə gedib. Səhəri evə qayıdan qadın, qapını açanda, axşamdan qoyulan çörəyin heç bir tikəsinə də yeyilmədiyini görüb. Evdən isə qaz iyi gəlirmiş. Söhbət çarpayıda uzanmış vəziyyətdə olub. Oğlunun tərpənmədiyini görən ana, ona toxunduqda dəhşətə gəlib.
Söhbət Rüstəmovun öldüyünü qəbul etməyən ana şoka düşüb.
Qeyd edək ki, Söhbət Rüstəmov ailəli olamayıb. Deyilənlərə görə, gənc kişinin ailə quemamasına səbəb yoxsulluq olub. 
Onu tanıyanlar Söhbət Rüstəmovun sakit və tərbiyəli insan olduğunu deyir.
"Heç kimlə işi olmazdı. Həmişə çalışırdı kiməsə yaxşılıq etsin”, - deyə qonşuları Söhbət Rüstəmov haqqında xatirələrini bölüşüblər.

anspress



Oxunub: 558

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.