dunyatv.az
CANLI YAYIN

Cristiano Ronaldunu qovan hakim sərt cəzalandırıldı [video]

7-02-2014, 14:45

 Dunyatv.az-ın məlumatına görə, İspaniya hakimlər komitəsi La Liqanın 22-ci turunda "Atletik Bilbao" - "Real Madrid" oyununu idarə edən Aysa Qamesi bir aylıq hakimlikdən uzaqlaşdırıb.
Qames matçın gedişində qonaqların futbolçusu Kriştianu Ronaldunu Karlos Qurpeqi ilə mübahisəyə görə meydandan qovmuşdu. Lakin qarşılaşmadan sonra hakim protokolda yazdıqlarını dəyişmiş və Ronaldunun Ander İturraspe ilə münaqişəsinə görə qırmızı vərəqə aldığını qeyd etmişdi.
Xatırladaq ki, İspaniyanın futbol komissiyası Ronaldunu 1 oyunluq cəzasına daha 2 oyunluq diskvalifikasiyanı əlavə edib.
Dunyatv.az



Oxunub: 824

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.