dunyatv.az
CANLI YAYIN

Sabah 20 dərəcə şaxta olacaq

7-02-2014, 14:45

Sabah 20 dərəcə şaxta olacaq

Sabah Bakıda dumanlı hava müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində zəif duman, axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 8-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran, Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


Oxunub: 1 054

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.