dunyatv.az
CANLI YAYIN

Tısbağa qanı içərək 1 il okeanda yaşadı

7-02-2014, 15:09

Meksika sahillərindən dostu ilə 2012-ci ilin dekabr ayında balıq tutmaq üçün ayrılan və Salvador adalarına getmək istəyən Xose Salvador Albaniaqa 1 il Sakit okeanda hara gəldi sürüklənib.
 
Səyahət başladıqdan 3 və ya 4 həftə sonra dostunun öldüyünü deyən Albaniaqa sağ qalmaq üçün çiy balıq, qağayı əti yediyini bildirib. 
Albaniaqa həmçinin susuzluğunu söndürmək üçün dəniz tısbağasının qanını və öz sidiyini içdiyini açıqlayıb. Bəxtsiz səyyah hələ də sağ qaldığına inanmadığını deyir. 
"Yaşayıram, yaşayıram və buna inanmıram!” 
Dünyanın ən böyük okeanında bir il sürükləndikdən sonra Marşall adalarına çıxan Albaniaqa yolda baş verənlər barədə heç nə xatırlamadığını deyib. 
"Səyahətim barədə çox şey xatırlamıram. Hər şey tək bir fikirdə birləşirdi: dəniz və dəniz”


Oxunub: 603

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.