Azərbaycanda daha bir ana doğuş zamanı öldü

Azərbaycanda daha bir ana doğuş zamanı öldü


Ramilənin meyiti hazırda müayinə olunur.

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7:45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8:15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.

Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova faktı təsdiqləyib.

Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur.

Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

 

  • Müəllif: Pervin_M
  • Tarix 7-11-2013, 14:29
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 677
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac