dunyatv.az
CANLI YAYIN

Soçi Olimpiadasının oyunlarına start verildi

7-02-2014, 19:35

 Qış Olimpiadasının rəsmi açılışı həftənin 5-cü günü baş tutacaq

Soçidə 22-ci Qış Olimpiya oyunlarında ilk yarışa qoşulan Böyük Britaniyalı Billi Morqan olub.
Dunyatv.az-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı Morqan Ekstrim-parkın trassında sloupstayl üzrə yarışa başlayıb. Olimpiadanın ev sahibi olan Rusiyadan isə ilk yarışa qoşulan Aleksey Sobolev olub.O,bu yarışda 9-cu çıxış edib. "Trassda şərait əladır, şikayət etmək olmaz. İnanırıq ki, Olimpiadadan sonra da bu park belə yaxşı vəziyyətdə qalacaq və biz burada məşq edəcəyik", - deyə rus idmançısı bildirib. 
Xatırladaq ki, fristayl üzrə qadınların yarışı da bu gün başlayacaq. Qış Olimpiadasının rəsmi açılışı isə həftənin 5-cü günü baş tutacaq. 
Dunyatv.az

 



Oxunub: 727

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.