dunyatv.az
CANLI YAYIN

Şəhər küçəsində ölülər dirildi [foto]

7-02-2014, 17:35


 

 

 

 

ABŞ-da populyar "The Walking Dead" teleserialının yeni seriyalarının reklam kampaniyası çərçivəsində Nyu-York küçələrindən birində zarafat gerçəkləşdirilib.

 


Dunyatv.Az Daily Mail-ə istinadən bildirir ki, səkidəki kanalizasiya quyusuna yığılmış aktyorlar qrim və makiyaj vasitəsilə özlərini "zombi" ediblər.
Daha sonra isə onlar rejissorun işarəsi ilə "ov"a başlayıblar.
Yunion Skver səmtində səki ilə gedən və heç nədən xəbəri olmayan adamlar kanalizasiya qəfəsindən qəflətən çıxan qanlı əlləri, onlara aşağıdan baxan bərəlmiş gözləri görəndə qorxublar.
Özlərini "zombi" etmiş aktyorlar qışqırıblar, xırıldayıblar və kanalizasiya lyukunun qəfəsindən keçənləri əməllicə qorxudublar.
Dunyatv.az



Oxunub: 627

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.